Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, tanınmış politoloq Leyla Əliyeva noyabrın 28 – də Vilnyusda keçirilmiş, Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramı çərçivəsində “Siyasi Problemlər və Sivil Cəmiyyət üçün Gələcək Hədəflər” adlı konfransda çıxış etmişdir. Bu barədə gozetci.az portalına Milli və Beynəlxalq Araşdırmalar Mərkəzindən məlumat verilib.
Məlumata görə, Leyla Əliyeva Şərq tərəfdaşlıq ölkələrində və Azərbaycanda demokratiyanın durumundan danışıb və Avropa birliyinin siyasəti üçün tövsiyyələr verib. Sonra, o Litva Respublikasının prezidenti xanim Dalia Grybauskaite 6 Şərq Tərəfdaşlıq ölkəərinin nümayəndələri ilə görüşə dəvət olunuub. Bu görüşdə Litva prezidenti hər ölkədə onun inkişafının bir strateji istiqamətində bütün siyasi qüvvələrin birgə işləməsinin zərurətini vurğulayıb. Leyla Əliyeva Azərbaycan xalqının Avropa birliyinə inteqrasiyaya güclü istəyini vurğulayıb, demokratiyanın və insan haqqlarının durumundan danışıb.
Gozetci.az