Leyla Əliyeva Litvanın prezidenti ilə görüşüb



Milli və  Beynəlxalq  Araşdırmalar  Mərkəzinin  direktoru, tanınmış politoloq Leyla  Əliyeva noyabrın  28  –  də  Vilnyusda  keçirilmiş, Avropa Birliyinin  Şərq Tərəfdaşlıq proqramı  çərçivəsində  “Siyasi  Problemlər  və  Sivil  Cəmiyyət  üçün  Gələcək Hədəflər” adlı konfransda çıxış etmişdir. Bu barədə  gozetci.az portalına Milli və  Beynəlxalq  Araşdırmalar  Mərkəzindən məlumat verilib.
Məlumata görə, Leyla Əliyeva Şərq tərəfdaşlıq ölkələrində və Azərbaycanda demokratiyanın durumundan danışıb və Avropa birliyinin siyasəti üçün tövsiyyələr verib. Sonra, o Litva Respublikasının prezidenti  xanim  Dalia  Grybauskaite  6  Şərq  Tərəfdaşlıq  ölkəərinin  nümayəndələri  ilə  görüşə  dəvət olunuub.  Bu  görüşdə Litva  prezidenti  hər  ölkədə  onun inkişafının  bir  strateji istiqamətində  bütün  siyasi qüvvələrin birgə işləməsinin zərurətini vurğulayıb. Leyla Əliyeva Azərbaycan xalqının Avropa birliyinə inteqrasiyaya güclü istəyini vurğulayıb, demokratiyanın və insan haqqlarının durumundan danışıb.

Gozetci.az

– See more at: http://gozetci.az/index.php?option=com_content&view=article&id=4467:leyla-liyeva-litvann-prezidenti-il-goerueueb-&catid=49:son-xbrlr&Itemid=73#sthash.F1iKA06k.dpuf


December 4, 2013